DƏHŞƏT: Şamaxıdan elə bir xəbər gəldi ki... - Öldürüb quyuya atdı

Şamaxı şəhərində qətl hadisəsi baş verib.

Hadisə noyabrın 13-də baş verib. Şəhər sakini, 1958-ci il təvəllüdlü Bağırov Rəhim Hacı oğlu ögey anası, 1960-ci il təvəllüdlü Bağırova Badam Abduləli qızı ilə mübahisə edib. Mübahisə zəmnində R.Bağırov B.Bağırovanı qətlə yetirib. Daha sonra R.Bağırov ögey anasının meyitini gizlətmək məqsədilə yaşadıqları evin həyətindəki quyuya atıb və quyunu daşla doldurub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində qətl hadisəsinin üstü açılıb.

R.Bağırov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şamaxı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. //trend

Yenə Bakı, yenə "Gelandewagen" və... - Faciəvi şəkildə can verdi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR