ABŞ-da dünyanın ən yaşlı sakini vəfat edib - FOTO

ABŞ-da dünyanın ən yaşlı sakini vəfat edib - FOTO
09:37 7 Aprel 2015
83 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 10:30 ]


Bakı - APA.  ABŞ-ın Arkanzas ştatında dünyanın ən yaşlı sakini Qertruda Uiver vəfat edib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, 116 yaşlı qadın Kamden şəhərindəki sağlamlıq və reabilitasiya mərkəzində dünyasını dəyişib.

 

Yaşlı qadın aprelin 2-də ABŞ prezidenti Barak Obamanı iyulun 4-də keçiriləcək doğum günü mərasiminə dəvət edib. Həmin gün onun 117 yaşı tamam olacaqdı. Yaşlı qadın keçən il də Obamanı ad günü tədbirinə dəvət edib. Ancaq ABŞ prezidentindən dəvətə cavab gəlməyib.

 

Qertruda Uiver dünyanın ən yaşlı insanı statusunu 117 yaşlı yapon qadın Misao Okavanın ölümündən sonra 1 həftə daşıyıb. O, 4 iyul 1898-ci ildə anadan olub.

 

İndi dünyanın ən yaşlı insanı statusunu Amerikada yaşayan Jeralean Talley daşıyır. Onun mayın 23-də olan 116 yaşı tamam olacaq. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378653

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR