“Dəmirbank” müştərilərinə sərfəli əmanət növü təklif edir - FOTO

“Dəmirbank” müştərilərinə sərfəli əmanət növü təklif edir - FOTO
10:37 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 10:30 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank”ın “Əmanət çeşidi” proqramı üzrə əhaliyə təklif edilən “Göy” əmanət növü ilə əmanətləri artırmaq indi daha sərfəlidir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “DəmirBank”ın “Əmanətlərinizi 17%-dək artırın” aksiyasına qatılmaqla əmanətləri 17%-dək artırmaq mümkündür. Bu əmanət növünün daha bir üstünlüyü hesablanmış faizlərin hər ay ödənilməsi imkanıdır.

 

Bununla yanaşı, əmanət məbləğindən asılı olaraq “Göy” əmanət sahibinin istəyinə əsasən ona plastik kart təqdim olunur. 5000 manatadək pul yatıranlara Cirrus Maestro / VİSA Electron, 5 000-20 000 manat üçün MasterCard Standart / VİSA Classic, 20 000 və daha çox yatıranlara isə Master Gold / VİSA Gold kartları verilir. “Göy” əmanəti üzrə hesablanmış faizlər müştərinin istəyinə əsasən kart hesabına köçürülə bilər. Eyni zamanda, əmanətçinin istəyinə əsasən ona plastik kart ilə və ya nağd pul qismində əmanətin 80%-dək məbləğində 1 il müddətinə kredit xətti açıla bilər. Bu zaman növbəti ayın 9-u tarixənə qədər kredit borcu tam ödənilərsə, kredit xəttindən istifadəyə görə faizlər hesablanmır.

 

“Göy” əmanət hesabını istənilən şəxs minimum 100 manat ilkin mədaxil edərək “DəmirBank” filiallarında açdıra bilər. Maksimum 3 il müddətinə açılan “Göy” əmanət növünü manat, avro, İngiltərə funt-sterlinqi və ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. Müştəri əmanətini vaxtından öncə çıxartmaq istədikdə bu zaman bank əmanətin müddəti bitməmiş maksimum 5 iş günü ərzində əmanətçiyə məbləğin hamısını qaytarır.

 

Qeyd edək ki, “DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%, kompensasiya məbləği isə 30 000 manat təşkil edir.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR