Play Store

Tramp səhiyyə naziri namizədini açıqladı

ABŞ prezidenti Donald Tramp, keçmiş dərman şirkəti prezidenti Aleks Azarı səhiyyə naziri olmağa namizəd göstərib.

Metbuat.az-ın məlumatına görə, Tramp, istefa verən eks səhiyyə naziri Tom Praysın yerinə Azarı namizəd gördüyünü Tvitter səhifəsində yazıb: “Aleks Azarı yeni səhiyyə naziri olaraq seçmiş olduğumu elan etməyimdən məmnunam. O, daha yaxşı səhiyyə sığorta sistemi və aşağı dərman qiymətləri baxımından ulduz olacaq”.

Qeyd edək ki, uzun müddət ABŞ-ın “Lilly USA” dərman şirkətinin prezidenti olan Azar keçmiş prezident Corc Buşun dövründə səhiyyə nazirinin müavini olub.

Azarın səhiyyə naziri olması üçün Senatın təsdiqi lazımdır.

Günay Elşadqızı / METBUAT.AZ

Putin: “Bu məsələdə Türkiyə ilə razıyıq” - Prezidentlərin görüşü


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR