“Fənərbağça”nın avtobusuna silahlı hücumla bağlı 2 nəfər saxlanıldı

“Fənərbağça”nın avtobusuna silahlı hücumla bağlı 2 nəfər saxlanıldı
10:39 7 Aprel 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

 

 “Fənərbağça” futbol komandasının avtobusuna silahlı hücum faktı ilə bağlı 2 nəfər saxlanılıb.


 

APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Trabzon valisi Abdul Cəlil Öz açıqlayıb.

 

Saxlanılanlardan birinin avtobusun hərəkət istiqaməti barədə telefonla pusquda duran silahlı şəxsi məlumatlandırdığı bildirilir. Vali olayın terror hadisəsi deyil, lokal xarakterli olay olduğunu söyləyib.

 

Xatırladaq ki, aprelin 4-də axşam “Çaykur Rizəspor”la oyundan sonra İstanbula qayıtmaq üçün Trabzon şəhərinin hava limanına yola düşən “Fənərbağça”nın avtobusu Trabzonun Sürmənə rayonu ərazisində atəşə tutulub. Naməlum şəxs ov tüfəngindən avtobusun sürücüsünə tərəf atəş açaraq qaçıb. Nəticədə sürücü yaralanıb. Hadisədən sonra “Fənərbağça” rəhbərliyi cinayət tam aydınlaşdırılana və günahkarlar tutulana qədər çempionatın oyunlarına çıxmaq istəmədiklərini bəyan edib. TFF Super Liqanın və ölkə kubokunun oyunlarını 1 həftə təxirə salıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR