ABŞ-da 100 yaşlı kişi arvadını balta ilə doğrayıb, sonra intihar etdi

ABŞ-da 100 yaşlı kişi arvadını balta ilə doğrayıb, sonra intihar etdi
10:42 7 Aprel 2015
62 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da 100 yaşlı kişi 88 yaşlı arvadını balta ilə doğrayıb, daha sonra isə intihar edib
Trend-in NBC News-a istinadən verdiyi məlumata görə, hadisə Nyu-Cersi ştatının Elmvud Park şəhərində baş verib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları qadının meyidini yataq otağında, kişinin meyidini isə hamamda aşkarlayıblar. Polislərin ehtimalına görə, 100 yaşlı Maykl Caskin (Michael Juskin) 88 yaşlı Rozaliya Caskini (Rosalia Juskin) yatarkən baltalayıb, daha sonra isə bıçağı götürərək, özünə bir neçə zərbə endirib.

Polisi mərhum cütlüyün qohumu çağırıb, onun adı isə açıqlanmır.

Bildirilir ki, hadisə baş verən zaman evdə ər-arvaddan başqa heç kim olmayıb. İnsidentin motivləri məlum deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR