Öskürək və boğaz ağrısını sağaldır - Südə qatıb için

Əncirin insan sağlamlığına faydalarını hər kəs bilir. Bəs, quru ənciri südün içərisində saxlayıb içdiyinizdə faydalarını bilirdiniz?

Metbuat.az xəbər verir ki, əncir sinəni yumşaltdığı üçün bronxit və öskürək kimi sağlamlıq problemlərinə faydalıdır. Əncirin faydasından yararlanmaq üçün 2 stəkan südün içərisinə 2 ədəd quru ənciri doğrayın, südü qaynadın. 20 dəqiqə saxlayıb süzün və gündə 2 dəfə isti halda için.

Boğazınız ağrıyırsa, 1-2 ədəd qurudulmuş ənciri 2 çay qaşığı balla isti suda qarışdırıb, çay kimi içə bilərsiniz. Bir neçə dəfə istifadədən sonra boğaz ağrınız tamamilə gedəcək.

Hər hansı səbəbdən süd içə bilmirsinizsə, quru əncir yeyə bilərsiniz. Əncirin içərisində yer alan kalsium və fosfor sümük, diş sağlamlığı üçün faydalıdır. Bu səbəblə, süd içməyən şəxslərin gündə 3 ədəd quru əncir yeməsi tövsiyə olunur.

Aysel Yaqubqızı / Metbuat.az

Armudu balla yeyin - Xəstəliklərdən qoruyur...


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR