Play Store

"Bu Şəhərdə"nin Coşqunu ölüb, yoxsa sağdır? - SON MƏLUMAT / FOTO

"Bu Şəhərdə" komandasının üzvü Coşqun Rəhimovun ölüm xəbəri sosial şəbəkələrdə yayılıb.

Metbuat.az xəbər verir ki, saktyorun vəziyyətinin qəflətən pisləşdiyi və rəhmətə getdiyi yazılıb.

Məlumat qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. Məsələ ilə bağlı "Bu Şəhərdə" layihəsinin prodüseri və ssenari müəllifi Müşfiq Abbasov açıqlama verib. O, bu məlumatı yalan olduğunu və bilərəkdən kimlərinsə konsert ərəfəsində bu cür məlumatlarla işlərinə kölgə salmaq istədiklərini bildirib:

"Kimlərsə və "nələrsə", bİzim Coşqunun adından, şöhrətindən, statusundan istifadə edərək, onun haqqında ağzına və başqa orqanlarına gələni yazaraq, əfsuslar olsun ki, özlərinə reytinq və çörək qazanmaq istəyirlər... Və qazanırlar. Biləsiniz - sizin "xəbər"iniz özünüz kimi "odnorazovıy"dır. Dostlar, Allaha şükür! Coşqun sağ-salamatdır, keyfi yaxşıdır, əhvalı gözəldir, özü də hazırda bizim Londonda keçiriləcək konsertimizə hazırlaşır".

Xatırladaq ki, Coşqun Rəhimov bundan öncə də boğazından əməliyyat olunmuşdu. O, bədxassəli şiş xəstəliyindən əziyyət çəkir.

Magistraturada oxuyanlar üçün - ŞAD XƏBƏR - Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR