Play Store

ABŞ-ın 666 milyard dollarlıq büdcə kəsiri var

ABŞ-ın Maliyyə Nazirliyi 2017-ci ilin hesabatını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, federal hökumətin 1 oktyabr 2016-cı ildən 30 sentyabr 2017-ci ilə qədər 666 milyard dollarlıq büdcə kəsiri var. Federal hökumətin gəlir və xərcləri arasındakı fərq 2016-cı ilin maliyyə hesabatı ilə müqayisədə 14% artıb.

Büdcə kəsiri əvvəlki maliyyə ilində 586 milyard dollar idi. Maliyyə ilinin oktyabr ayında başlayıb, sentyabrın sonlarında başa çatdığı ABŞ-da 2017-ci ildə büdcə kəsiri Ümumi Daxili Məhsulun (ÜDM) 3,6 faizini təşkil edib.

Nazirliyin hesabatına görə, ABŞ federal hökumətinin oktyabrda artan sosial xərclər səbəbilə 63,2 milyard dollarlıq büdcə kəsiri yaranıb.

Günay Elşadqızı \ METBUAT.AZ

Azərbaycanda 1543 diabet xəstəsi uşaq var


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR