Bakıda VIII Beynəlxalq Xəzər neft-qaz konfransı keçiriləcək

Bakıda VIII Beynəlxalq Xəzər neft-qaz konfransı keçiriləcək
09:44 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Aprelin 9 və 10-da Bakıda “Four Sesasons” otelinin Konfrans zalında SOCAR-ın dəstəyi ilə növbəti – VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı keçiriləcək. Lent.az-ın məlumatına görə, hər il olduğu kimi bu konfrans da müasir Azərbaycanın dinamik inkişafını təmin etmiş neft strategiyasının banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunub.

 

Konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasili, nəqli və satışının mövcud vəziyyəti və yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçilərinin və mütəxəssislərinin məruzələri dinləniləcək.

 

Konfrans həm də Azərbaycanın neft strategiyasının uğurlarının təbliğ edilməsi və mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması üçün əlverişli platforma olacaq.

 

Qeyd edək ki, artıq 8-ci dəfə keçirilən bu ilki konfransın təşkilatçıları Böyük Britaniyanın “Confidence Capital” şirkəti və Bakı Ali Neft Məktəbidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR