Bakıda dəhşət: 3 avtobus toqquşdu, ölən və yaralananlar var

Bakıda dəhşət: 3 avtobus toqquşdu, ölən və yaralananlar var
10:46 7 Aprel 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam saat 18 radələrində Bakının Qaradağ rayonunda 3 sərnişin avtobusu toqquşub. Bu haqda lent.az məlumat yayıb. "İqafqaz" MMC-nin direktoru Əfqan Maqsudovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə "Meyvəli" bazarının yanında olub.

Həmin ərazidə "Mercedes" markalı mikroavtobus Rafət Babayevin idarə etdiyi “Daewoo” markalı, 194 saylı sərnişin avtobusa çırpılıb.

Qəza nəticəsində maşınlar əzilib. Sürücülər və sərnişinlər aşağı düşüb dalaşarkən 211 saylı xətt üzrə hərəkət edən digər “Daewoo” markalı sərnişin avtobusu yolda cəmləşmiş insanlara çırpılıb.

Hadisə nəticəsində “Mercedes” markalı mikroavtobusun sürücüsü hadisə yerindəcə ölüb. QƏza zamanı 10-a yaxın insan xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR