"Fənərbağça"nın avtobusuna silahla hücum edənlər saxlanıldılar

"Fənərbağça"nın avtobusuna silahla hücum edənlər saxlanıldılar
09:47 7 Aprel 2015
54 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə “Fənərbağça” futbol komandasının avtobusuna silahlı hücumda şübhəli bilinən 2 şəxs saxlanılıb.
 
Trend-in “TRT Haber”ə istinadən verdiyi məlumata görə, silahlı hücumda şübhəli bilinən şəxslər Trabzon vilayətində saxlanılıblar. Aprelin 5-də “Fənərbağça” klubunun futbolçuları olan avtobus “Rizəspor” klubu ilə (5:1) səfər görüşündən qayıdarkən silahlı şəxslərin hücumuna məruz qalıb.
 
İnsidentin Trabzon şəhərində aeroport yolunda baş verdiyi deyilir. Naməlum şəxslər avtobusu odlu silahlardan atəşə tutublar, nəticədə sürücü yaralanıb.
 
Bu hadisədən sonra Türkiyə çempionatının bütün oyunları bir həftəlik təxirə salınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR