Bakıda pulsuz avtobus - FOTO

Bakıda pulsuz avtobus - FOTO
16:37 9 Yanvar 2015
168 Sosial
Ölkə mətbuatı
A- A+

30 saylı avtobusun sürücüsü qəribə aksiyaya əl atıb
Bu gün səhər saatlarında Bakıda bəzi avtobus sürücüləri sərnişinlərə sürpriz hazırlayıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə bildirilib ki, paytaxtda işləyən 30 saylı avtobusun sürücüsü səhər saatlarında sərnişinlərə pulsuz xidmət göstərib.

Sürücü gediş haqqının pulsuz olmasını bildirən elanı avtobusun bir neçə yerindən asıb. Sürücü bunu Allahın sonuncu elçisi olan Məhəmməd peyğəmbərin (s.ə.s) mövludu münasibətilə etdiyini bildirib.

Lakin bu, sürücünün şəxsi təşəbbüsü ilə həyata keçirilib. Bu barədə “Transkontrol” MMC-nin rəhbəri Arzu Nəcəfov bildirib.

“Düzü bu aksiya şirkət tərəfindnə deyil, sürücünün şəxsi təşəbbüsü ilə həyata keçirilib. Düşünürəm ki, xoş aksiyadır”, - deyə Arzu Nəcəfov bildirib.

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR