"Fənərbaxça" avtobusuna hücum edənlər saxlandı

"Fənərbaxça" avtobusuna hücum edənlər saxlandı
10:51 7 Aprel 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

"Fənərbaxça" avtobusuna silahlı hücumda şübhəli bilinən 2 nəfər saxlanılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Trabzon meri Adil Cəlil Öz açıqlama verib. O bildirib ki, bu silahlı hücumu həyata keçirən şəxslər dindirildikdən sonra mühakimə ediləcək.

Trabzon şəhərinin meri qeyd edib ki, şübhəlilərdən biri "Fənərbaxça" klubunun avtobusunu Rizedən Trabzona qədər təqib edib və daha sonra digər bir şəxsə telefonla xəbər verib.

Adil Cəlil Özün sözlərinə görə, avtobusun gəldiyindən xəbərdar olan digər şəxs ov tüfəngiylə klub avtobusuna atəş açıb.

Qeyd edək ki, şəxsiyyətləri hələ açıqlanmayan 2 şübhəli polisə ifadə verib. Şübhəli şəxslər silahlı hücumu törətmədiklərini bildiriblər.

Xatırladaq ki, aprelin 4-də axşam saatlarında “Çaykur Rizəspor”la oyundan qayıdan “Fənərbaxça”nın avtobusu Trabzonun Sürmənə rayonu ərazisində atəşə tutulub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=336335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR