Yerli şou-biznesin tənha məşhurları - FOTO

Yerli şou-biznesin tənha məşhurları - FOTO
10:52 7 Aprel 2015
810 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan şou-biznesində gözəl xanımlar, yaraşıqlı oğlanlar çoxdur. Ancaq tale quşu hələ də onların çiyinlərinə qonmayıb. Onlar hələ də tənhadırlar.

Milli.Az Lady.Day.Az-a istinadən xəbər verir ki, yerli şou nümayəndələrinin bəziləri heç vaxt nikahda olmayıblar.

Natavan Həbibinin artıq 35 yaşı var. Bu günlərdə ös yarını tapdığını bildirib. Tezliklə toy olacağını söyləyib.

29 yaşlı Sevda Yahyayeva seçəcəyi kişiyə çox diqqətlə yanaşır. Onun sözlərinə görə, sevdiyi insan var. Bütün konsertlərdə naməlum bir şəxsin ona böyük gül buketi təqdim etdiyini görürük.

Teleaparıcı Nanə Ağamalıyeva da öz sevgisini gözləyir. O hesab edir ki, yaşın heç bir fərqi yoxdur. Əsas odur ki, sevib-seçdiyi insan onu anlasın, dəstək olsun.

25 yaşlı İlqarə Kazımova anasının izi ilə gedərək özünü yaradıcılığa həsr etməyi düşünür. O hesab edir ki, evlilik bir qədər gözləyə bilər.

Günay İbrahimli səhnədə böyük uğurlar qazansa da, şəxsi həyatında sakitlik hökm sürür. Müğənni varlı həyat yoldaşı arzusundadır.

Zəhra Bədəlbəyli şəxsi həyatı haqda danışmağı sevmir. Belə suallardan qaçmağa çalışır. Ancaq hələ də öz yarına rast gəlməyib.

31 yaşlı Elçin Cəfərov son dövrlər yerli şou-biznesin əsl seks-simvoluna çevrilib. O hesab edir ki, ciddi münasibətlər yaradıcılığına mənfi təsir göstərər. Bu səbəbdən də ailə qurmur.

Xəyyam Nisanov bu il evlənməyə söz verib. Sözlərinin nə qədər həqiqət olduğunu yaşayıb görəcəyik.

Uzun saçı, təbəssümü və gitarası ilə qızların ağlını başlarından alan Çingiz Mustafayev azad olmağı sevir.

25 yaşlı Eldar Qasımov bir neçə dəfə deyib ki, sevgilisi xarici vətəndaşdır. Xəbərlərin yoxluğundan belə nəticəyə gəlmək olar ki, onların münasibətlərində irəliləyiş yoxdur.

İlkin Həsəninin evləmək vaxtı çoxdan çatıb. Ancaq o qədər məşğuldur ki, şəxsi həyatı barədə unudub.

Milli.Az
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/333183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR