​Dünya bazarında qızıl və avro bahalaşıb

​Dünya bazarında qızıl və avro bahalaşıb
10:57 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Aprelin 6-da Amerika fond bazarında Dow Jones indeksində 0,66% artım müşahidə olunub və 17 880,85 bənd təşkil edib. S&P 500 0,66% irəliləyərək 2 080,62 bənd, Nasdaq isə 0,62% artaraq 4 917,32 bənd olub.
"Report" xəbər verir ki, Avropa fond bazarında aprelin 6-nın qeyri-iş günü olması ilə əlaqədar hərraclar aparılmayıb.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,93% artaraq 1 213,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0935 (+0,57%) təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/dunya-bazarinda-qizil-ve-avro-bahalasib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR