“Qarant Sığorta”nın əməkdaşını öldürən şəxsə - 17 il

“Qarant Sığorta”nın əməkdaşını öldürən şəxsə - 17 il
16:39 9 Yanvar 2015
137 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Tərlan Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, T. Tahirov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Aparılan araşdırmalar zamanı məlum olub ki, Tərlan Tahirov Natəvan Əliyevanın evində mətbəx mebeli quraşdırıb. Bundan sonra Tərlan Tahirov qadına hədə-qorxu gəlib pul almaq qərarına gəlib. 
 

İyulun 11-də axşam saat 19 radələrində özü ilə bıçaq da götürən Tərlan Tahirov Natəvan Əliyevanın evinə gəlib. O, mebelin yarımçıq qalmış hissəsinin ölçüsünü götürmək adı ilə evə daxil olub. Tərlan Tahirov əvvəlcə ev sahibəsindən ölçü üçün qələm və kağız istəyib. Qadın otağa keçdikdə isə onun arxasınca gəlib və bıçaqla qorxudaraq pul, qızıl tələb edib. Bu zaman Natəvan Əliyeva qışqırmağa başlayıb. Tərlan Tahirov onu bıçaqlayaraq qaçıb.

 

Qeyd edək ki, N. Əliyeva “Qarant Sığorta” şirkətinin əməkdaşı olub.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR