Bu gecə internet olmayacaq

Bu gecə internet təminatında fasilələr yarana bilər.

"Bakı Telefon Rabitəsi" MMC-dən Metbuat.az-a verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə "Bakinternet"in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

MMC yarana biləcək kəsintilərə görə üzr istəyir, profilaktik tədbirlərin nəzərə alınmasını xahiş edir.

İtaliyanlar şokdadır, 60 il sonra təkrarlandı... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR