Bakıda beynəlxalq konfrans keçiriləcək

Bakıda beynəlxalq konfrans keçiriləcək
11:05 7 Aprel 2015
47 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş və neft-qaz sənayesinin inkişafına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək
BANM İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, aprel ayının 9-10 tarixlərində Bakıda Four Seasons otelinin konfrans zalında SOCAR-ın dəstəyi ilə növbəti – VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı keçiriləcək. Artıq 8-ci ildir ki, keçirilən konfransın builki təşkilatçıları Böyük Britaniyanın “Confidence Capital” şirkəti və Bakı Ali Neft Məktəbidir.

Hər il olduğu kimi bu konfrans da müasir Azərbaycanın dinamik inkişafını təmin etmiş neft strategiyasının banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunub.

Konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasili, nəqli və satışının mövcud vəziyyəti və yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçilərinin və mütəxəssislərinin məruzələri dinləniləcək.
Konfrans həm də Azərbaycanın neft strategiyasının uğurlarının təbliğ edilməsi və mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması üçün əlverişli platforma olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR