​Oğul Trampın "WikiLeaks" portalı ilə yazışmaları olub

Prezident Donald Trampın oğlu 2016-cı il prezident seçkiləri kampaniyası və sonrakı dövrdə "WikiLeaks" saytının ona göndərdiyi özəl mesajları ictimaiyyətə təqdim edib.

Metbuat.az-ın məlumatına görə, oğul Tramp mesajları "The Atlantic" jurnalının onun belə mesajlara sahib olması haqqında məlumat yaymasından sonra ictimailəşdirib."The Atlantic" jurnalının bildirdiyinə görə, "WikiLeaks" 2016-cı ilin sentyabrından bu ilin iyul ayına qədər bir neçə dəfə oğul Trampa mesajlar göndərib.

Lakin o mesajların əksəriyyətinə məhəl qoymayıb, üç mesajı cavablandırıb.

Oğul Trampın "WikiLeaks" ilə yazışmaları Trampın kampaniyası ilə Rusiya arasında əlaqələri araşdıran müstəntiqlərə ötürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR