Hələbdə növbəti qətliam -

Suriyanın Hələb şəhərinə hava zərbələri endirilib.

Metbuat.az-ın məlumatına görə, müxalif qüvvələrin nəzarətindəki bazara endirilən aviazərbələr nəticəsində azı 58 dinc insan həyatını itirib. 60-dan çox yaralı var. Hücumun hansı qüvvələr tərəfindən təşkil olunduğu məlum deyil.

Lakin Vaşinqton qətliama görə, Rusiya və Suriya hava qüvvələrini ittiham edib.

Qeyd edək ki, hücuma məruz qalan ərazi atəşkəs rejiminin tətbiq olunduğu təhlükəsizlik bölgəsində yerləşir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR