Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

16:42 9 Yanvar 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 16:36 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Müşfiq İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, M. İsmayılov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, M. İsmayılov Dövlət Neft Şirkətinin adından istifadə edərək vətəndaşları işə düzəltmək adı ilə 10 min manat pul mənimsəməkdə təqsirləndirilir.

 

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR