“Microsoft” 18 min əməkdaşını işdən çıxarıb

“Microsoft” 18 min əməkdaşını işdən çıxarıb
10:11 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “Microsoft” korporasiyası növbəti dəfə heyətini ixtisar edib. Şirkətin işlərinin optimallaşdırılması və onun yeni tələblərə uyğunlaşması çərçivəsində 18 min əməkdaş işdən çıxarılıb.

Xatırladaq ki, “Microsoft”un nümayəndələri hələ 2014-cü ilin iyulunda 18 min əməkdaşın çıxarılması planını açıqlamışdı. İxtisar bir neçə mərhələdə aparalıb, indiki dördüncü və sonuncu olub. Əvvəlki mərhələlər ötən ilin iyul, sentyabr və oktyabrında həyata keçirilib.

"ICTnews" elektron xəbər xidməti “dni.ru” saytına istinadən bildirir ki, indiki ixtisar zamanı işdən çıxarılanların əksəriyyəti “Microsoft IT” bölməsində işləyib.

Ekspertlər bildirirlər ki, son zamanlar müasir informasiya texnologiyaları sahəsində avtomatlaşdırmanın inkişafı ilə əlaqdar texniki əməkdaşlara tələbat azalıb.

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36051-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR