100 yaşlı kişi arvadını baltaladı

100 yaşlı kişi arvadını baltaladı
11:11 7 Aprel 2015
47 Sosial
Ölkə mətbuatı
A- A+

ABŞ-da 100 yaşlı kişi arvadını öldürüb. ANS PRESS-in məlumatına görə, Nyu Cersi ştatında bir əsr yaşı olan Maykl Caskin həyat yoldaşı 88 yaşlı Rozaliyu Caskini baltalayıb.

Hadisə yerinə gələn polis iki cəsəd aşkar edib. Qadının cəsədi yataq otağı, kişininki isə hamamda olub.

İlkin ehtimala görə, yaşlı kişi həyat yoldaşını yatdığı yerdə öldürəndən sonra bıçaqla hamama gedib və burada özünə zərbələr vurub.

Hadisə zamanı evdə yaşlı ər-arvaddan başqa heç kim olmayıb. Onlardan xəbər ala bilməyən yaxınları polisə müraciət ediblər.

Qətlin motivi bəlli deyil.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=336318

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR