“Moody’s” “Unibank”a reytinq verib

“Moody’s” “Unibank”a reytinq verib
10:12 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 11:05 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Moody’s Investors Service” beynəlxalq agentliyi  “Unibank” ASC- nin  reytinq  qiymətləndirməsi üzrə proqnozlarını “pozitiv” kimi təsdiqləyərək,  bankın 2014 -cü ildən bu günə qədər  reytinqini “B2” səviyyəsində qoruyub saxladığını bir daha təsdiq edib.

 

Bu barədə “APA-Economics”ə bankdan məlumat verilib.

 

“Unibank”ın maliyyə direktoru Emin Rəsulzadənin sözlərinə görə, beynəlxalq agentliyin  bu qərarı, “Unibank”ın bazarda olan iqtisadi çağırışlara hazırlığının yüksək olduğunun bir daha sübutudur. E. Rəsulzadə bankın bu mövqedə stabilliyini təmin edən əsas səbəblərin bankın yaxşı kapitallaşması, adekvat idarəetmə sistemlərinin və risklərin yüksək səviyyədə idarə edilməsi olduğunu bildirib.

 

“Moody's " beynəlxalq reytinq agentliyi  "Unibank" ASC-nin uzunmüddətli öhdəliklər reytinqini "B2" səviyyəsində təsdiqləməklə, bankın maliyyə davamlılığı reytinqinin səviyyəsi isə "E+" səviyyəsində qiymətləndirilib. Agentlik ekspertlərinin rəyində  yüksək maliyyə göstəriciləri, çoxsahəli maliyyə profili, girovsuz istehlakçı kreditlərinin yüksək artımı və pərakəndə müştərilərin aktivliyinə görə, “Unibank”ın Azərbaycanın öndə gedən banklarından və ölkənin 5 ən böyük bankından biri olduğu vurğulanır. "Moody's" ekspertləri iddia edirlər ki, bankın reytinqinin əlavə olaraq artırılmasının mümkünlüyü gələcək maliyyə göstəricilərinin sabit artımından asılı olacaq.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın saytından (http://www.unibank.az) və yaxud bankın Facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378661

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR