""Neftçi" kimi komandanın belə bazası olmamalıdır"

""Neftçi" kimi komandanın belə bazası olmamalıdır"
10:12 7 Aprel 2015
64 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev komandası ilə bağlı yeni fikirlər səsləndirib.
 
Qol.Az-ın xəbərinə görə, ATV kanalına müsahibəsində o qeyd edib ki, komandada əksiklər çoxdur.
 
“Qoy heç kim məndən inciməsin, amma susmaq fikrində deyiləm. Komandanın çatışmazlıqları çoxdur və bunun üzərində işləmək lazımdır. Avropa Liqasının qrupunda oynamış bir klubun belə bazası olmamalıdır”, - deyə Çingiz Abdullayev bildirib.
 
Çingiz Abdullayev daha sonra əlavə edib: “Bilirəm ki, bu məsələ mənə qədər də qaldırılıb. Baza tikilib, sonra iş dayandırılıb. Başa düşürəm ki, indi böhrandır, amma ümid edirəm ki, yaxşı baza tikəcəyik. Bəli, neftin qiyməti aşağı düşüb. Amma hər şeyi belə saxlamaq da olmaz. Bizə yeni baza lazımdır. Hamı bilir ki, “Nefçi”nin sponsoru Azərbaycanın ən varlı qurumudur. Ölkənin gəlirinin 90 faizi oradan gəlir”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR