Azərbaycanda hadisə yerinə gedən müstəntiqi vurdular

Azərbaycanda hadisə yerinə gedən müstəntiqi vurdular
10:14 7 Aprel 2015
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Hadisə vaxtı polis serjantı da xəsarət alıb

Bərdə rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, dünən Bərdədən Ağcabədiyə gedən yolda “VAZ 2107” markalı velosipedlə hərəkətdə olan 15 yaşlı oğlanı vurub. Dərhal hadisə yerinə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən başqa bir “VAZ 2107” markalı avtomobil yolda cəmləşmiş şəxslərə çırpılıb.

 

Nəticədə məlum fakt üzrə araşdırma aparan müstəntiq, polis kapitanı Zaur İsmayılov, post patrul xidmətinin əməkdaşı, serjant Müşfiq Sarıyev və mülki vətəndaş Zaur Zarıyev müxtəlif dərəcəli xəsarətlər alıblar. Z.İsmayılov dərhal təcili tibbi yardım maşını ilə Bakıya göndərilib və əməliyyat olunub.

 

Müstəntiqi, eləcə də digər şəxsləri vuran avtomobilin sürücüsü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198460

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR