Putin AİB-in Gömrük Məcəlləsini ratifikasiya etdi

Putin AİB-in Gömrük Məcəlləsini ratifikasiya etdi
23:49 14 Noyabr 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyin (AİB) Gömrük Məcəlləsinə dair müqavilənin ratifikasiyası haqqında qanunu təsdiqləyib  

 

Müqavilənin məqsədi AİB ölkələrində vahid gömrük nizamlanmasını təmin etməkdir. Gömrük Məcəlləsi gömrük əməliyyatlarının optimallaşdırılmasını, gömrük qaydalarının daha da liberallaşdırılmasını, gömrük prosedurlarının sadələşdirilməsini, gömrük əməliyyatlarının avtomatlaşdırılmasını, “vahid pəncərə” sisteminin tətbiqini və s. nəzərdə tutur.

 

Məcəllənin 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.    

 

Avrasiya İqtisadi Birliyi - 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı da Avrasiya İqtisadi Birliyinə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/287928

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR