Türkiyədə prokurorun qətlini İtaliyadan sifariş ediblər

Türkiyədə prokurorun qətlini İtaliyadan sifariş ediblər
11:17 7 Aprel 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbul Ədalət Sarayına silahlı basqın və prokuror Səlim Kirazın öldürülməsi ilə bağlı aparılan istintaq nəticəsində hadisənin sifarişli olduğu müəyyən edilib.

Trend-in “Habertürk”ə istinadən verdiyi məlumata görə, istintaq nəticəsində qətlin sifarişçisinin İtaliyada yaşayan Erdal Ünal olduğu üzə çıxıb.

Həmçinin qeyd olunur ki, “İnqilabçı Xalq Qurtuluş Partiyası – Cəbhəsi” (DHKP-C) terror qruplaşmasının üzvü olan E.Ünal İtaliyada həbs olunub və yaxın zamanda Türkiyəyə göndəriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR