“Bakı Metropoliteni”nə I Avropa Oyunları zamanı işləyən könüllülər tələb olunur

11:18 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə I Avropa Oyunları zamanı işləyən könüllülər tələb olunur. Bunu AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Nəsimi Paşayev bildirib ki, könüllülərin işi metronun loqotipi olan xüsusi geyimdə metro stansiyalarında insanlara bələdçi olmaqdan ibarət olacaq. Könüllü ingilis dilində sərbəst danışmağı bacarmalı, həmçinin Azərbaycanın tarixi haqqında məlumatlı olmalıdır. Digər xarici dilləri bilmək təqdirəlayiqdir. İş rejimi, iyunun 12-dən 28-dək hər gün 6-7 saat olacaq. Könüllü olmaq istəyənlər anketi (https://www.dropbox.com/s/njmng0px…/anketa_volonter_az.docx…) doldurub, aprelin 27-nə kimi, volunteer@metro.gov.az ünvanına göndərə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Metropolitenine_I_Avropa_Oyunlari_zamani_isleyen_konulluler_teleb_olunur-844136

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR