Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr edilmiş kitab çapa hazırlanır

10:18 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, Zərəngiz Mansurova, AZƏRTAC
İstanbulun Böyükşəhər bələdiyyəsinin Baş mədəniyyət idarəsinin dəstəyi ilə görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr edilmiş 1000 səhifəlik kitab çapa hazırlanır.
Kitabın tərtibatçısı, AMEA-nın Nizami adina Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad AZƏRTAC-a eksküliziv müsahibəsində bildirib ki, kitaba Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı barədə özünün yazdığı monoqrafiyadan əlavə, şairin “Gülüstan”, “Atılmışlar”, “Şəhidlər” poemaları və seçilmiş şeirləri daxil edilib.
Kitabı türkcəyə Mətin Özər uyğunlaşdırıb.
Nəşrə Bəxtiyar Vahabzadənin yaxın dostu, müasir türk poeziyasının tanınmış nümayəndəsi Yavuz Bülənt Bakilər “Ön söz” yazıb.
Bir neçə aydan sonra işıq üzü görəcək kitabın sentyabrda İstanbulda təqdimatı keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bextiyar_Vahabzadenin_90_illik_yubileyine_hesr_edilmis_kitab_chapa_hazirlanir-844133

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR