Play Store

Yük gətirən iranlının avtomobilindən narkotik çıxdı - Astarada

Gömrükdə yük avtomobilində narkotik tapılıb.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin yük şöbəsində Çin Xalq Respublikasından Azərbaycana yük gətirən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti keçirilib.

Gömrük nəzarəti zamanı xidməti it dartıcının kabinəsinə reaksiya verdiyi üçün avtomobil saxlanılıb və həmin nəqliyyat vasitəsi yoxlanılıb.

Nəticədə, kabinədə sürətlər qutusunun yanında olan saxlanc yerində, polietilen paketdə təsiredici maddəsinin ümumi miqdarı 0,0275 qram təşkil edən 5 ədəd və ½ həb şəklində "Metadone" adlı dərman preparatı, sürətlər qutusu ilə sürücü oturacağının arasında olan boşluqda isə xalis çəkisi 0,668 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.

Xatırladaq ki, "Metadone" adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Bakı metrosunda qadın relslərin üstünə yıxıldı - Dəhşətli hadisə - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR