Rəcəb Tayyib Ərdoğan İrana yola düşüb

11:27 7 Aprel 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 11:19 ]

Bakı – APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfərə yola düşüb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 08.07-də prezidentin təyyarəsi Ankaradan Tehrana uçub.

 

Nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, gömrük və ticarət naziri Nurəddin Canikli, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, mədəniyyət və turizm naziri Ömər Çelik və inkişaf naziri Cövdət Yılmaz daxildir.    

 

R. T. Ərdoğanın İran prezidenti Həsən Ruhani, ali dini lider ayətullah Əli Xamneyi və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub. Görüşlərdə əsas müzakirə mövzuları ikitərəfli əlaqələr və regional problemlər, o cümlədən Yəməndə yaranmış vəziyyət olacaq. Səfər zamanı Yüksək Səviyyəli Türkiyə-İran Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək.    

 

Xatırladaq ki, R. T. Ərdoğan Yəməndəki vəziyyətlə əlaqədar İranı ittiham edib. Bu ittihamlardan sonra iki ölkə arasında narazılıq yaranıb, hətta səfərin təxirə salına biləcəyi bərədə ehtimallar irəli sürülüb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378665

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR