"Bakı" üçün təsəlli, "İnter" "Bavariya"ya şərikdir

"Bakı" üçün təsəlli, "İnter" "Bavariya"ya şərikdir
11:32 7 Aprel 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

Dünya ölkələrinin milli çempionatlarında ən az və çox qol buraxan komandaların siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Topaz Premyer Liqasının 25 oyununda 12 top buraxan “İnter” ən etibarlı müdafiəyə malik komandalar sırasında yer alıb.
  
Hər matçda orta hesabla 0,48 top buraxan bakılılar Almaniya “Bavariya”sı, Şotlandiya “Seltik”i və Albaniya “Skenderbeu”su ilə eyni göstəriciyə malikdir. Bu klublar dünyada 14-17-ci pillələrdə qərarlaşıb.
 
Ən yaxşı nəticə isə “Fehervar”a məxsusdur. Macarıstan çempionatında 22 qarşılaşmada 8 top buraxan komandanın orta göstəricisi 0,36-dır. Kiyev “Dinamo”su 0,39, Moldova “Milsami”si 0,40-lıq göstərici ilə ilk “üçlük”dədir.
  
Ən çox qol buraxanlar siyahısında isə Xorvatiya təmsilçisi “Pomoraç” hamıdan “öndədir”. 11 matçda 46 qol buraxan komandanın orta göstəricisi 4,18-ə bərabərdir. Azərbaycan çempionatının ən bərbad müdafiə xəttinə malik “Bakı” xorvatiyalılara baxıb, təsəlli tapa bilər. Paytaxtın eyni adlı təmsilçisi 25 matçda 56 top buraxıb. “Bakı”nın orta göstəricisi 2,24-dür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR