Serbiya TANAP vasitəsilə Azərbaycandan qaz tədarükü imkanı əldə edə bilər

Serbiya TANAP vasitəsilə Azərbaycandan qaz tədarükü imkanı əldə edə bilər
11:32 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Serbiya TANAP vasitəsilə Azərbaycandan qaz tədarükü imkanı əldə edə bilər.
"Report" "Natural Gas Europe"a istinadən xəbər verir ki, bu barədə Serbiyanın dağ sənayesi və energetika naziri Aleksandr Antiç bildirib. 
O qeyd edib ki, Serbiya hökuməti qazın yeni mənbələri və tədarük marşrutlarını təmin edəcək bütün layihələrdə iştirak etməyə çalışacaq.
Onun sözlərinə görə, Bolqarıstanla qarşılıqlı əlaqələr quran Serbiya TANAP-a çıxış əldə edə bilər. 
"Rusiya "Cənub axınından" imtina etdikdən sonra Serbiya alternativ qaz təchizatını nəzərdən keçirməyə başlayıb, bu da serbiyalı məmurların qarşısında qazın gələcək tədarükü ilə bağlı bir sıra məsələlər qoyub", - nazir vurğulayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/serbiya-tanap-vasitesile-azerbaycandan-qaz-tedaruku-imkani-elde-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR