ABŞ Putinin sözünü eşitdi

ABŞ Putinin sözünü eşitdi
11:36 7 Aprel 2015
50 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ rəhbərliyi mayın 9-da Moskvada keçiriləcək Qələbə bayramında mütləq təmsil olunacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin başçısı vəzifəsini icra edən Mari Harf bildirib. "Biz iştirakımız barədə hələ qərar qəbul etməmişik", - deyə bildirən Harf Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə bağlı keçiriləcək tədbirlər barədə vurğulayıb: "Əminəm ki, Rusiyaya kimsə gedəcək".

Amma Moskvada keçiriləcək hərbi paradda ABŞ-dan hansısa hərbi hissənin iştirak edib - etməyəcəyi dəqiq bilinmir. Pentaqon və Amerika qoşunlarının Avropa komandanlığı bu barədə müraciət edən Rusiya jurnalistlərinə "hələ dəqiq bir şey yoxdur" cavabını veriblər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336357

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR