"Münaqişənin həllini ölü nöqtədən tərpətmək lazımdır"

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək lazımdır.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda braziliyalı həmkarı Aloyzio Nunyes Ferreyra ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı və onun Moskvada ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı müzakirə olunacaq:

"Sergey Lavrovun Bakıya səfəri zamanı müzakirə olunacaq məsələlər danışıqlar masasındadır. Azərbaycanın mövqeyi dəfələrlə səsləndirilib. Biz istəyirik ki, danışıqlar sadəcə danışıqlar xatirinə aparılmasın".

E.Məmmədyarov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsini həll etməyin vaxtı çatıb: "Münaqişənin nizamlanması üzrə danışıqlar nəticə etibarilə səmərəli olmalıdır. Məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalı və regionda sülh təmin olunmalıdır".

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin mümkün üçtərəfli görüşünə gəlincə, nazir bununla bağlı sabah bəyanat verəcəyini bildirib.//Trend

Sosial yardım alanlara PİS XƏBƏR - Ləğv edilir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR