Fədayə Laçınla bağlı yalan xəbər yayıldı - Anasının vəziyyəti pisləşdi

Son günlər müğənni Fədayə Laçının ölüm xəbərinin yayılması onun ailəsində gərginliyə səbəb olub.

Metbuat.az xəbər verir ki, bu xəbərin yayılması müğənninin anasına pis təsir edib. Ötən gün müğənninin bacısı İlahə Fəda “Bizimləsən” verilişinin canlı bağlantısına açıqlamasında hazırda bacısının istintaqının getdiyini bildirib:

“Bacımın vəziyyətini bilirisiniz. İstintaq gedir. Günahı varsa, cəzasını çəkəcək, günahı yoxdursa, oradan çıxacaq. Biz heç vaxt belə duruma düşməmişdik. Anam az qala əlimizdən getmişdi. Allah belə bir olayı heç kimin başına gətirməsin. Həmin gecəni necə keçirdiyimizi Allah bilir. Bilirəm ki, bacım o qədər zəif insan deyil. Zəif qəlbi olanın o boyda sənəti ola bilməz. Deyirlər, ürək çatışmazlığından dünyasını dəyişib. Onun özü boyda ürəyi var. Fədayənin həbs olunması xəbərindən bəzi saytlar pul qazanırlar, reytinq yığırlar. Fədayəni reklam edirlər. Əslində, həmin saytları məhkəməyə verə bilərəm. Amma inanın ki, bizim ailənin polislə işi olmayıb. Biz adi sıradan insanıq, sadəcə istedadımız var. Kim nə yazır yazsın”.

Pərviz Bülbülə İLK DƏFƏ ailəsi və övladları barədə danışdı – VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR