Argentinanın milli xəbər agentliyi Azərbaycandan üzr istəyib

Argentinanın milli xəbər agentliyi Azərbaycandan üzr istəyib
11:42 7 Aprel 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Bu il 18-23 mart tarixlərində Ermənistanda keçirilmiş beynəlxalq mediaforumun bəzi iştirakçılarının Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təşkil olunub. Həmin iştirakçılar arasında Telam - Argentina Milli Xəbərlər Agentliyinin jurnalisti Maria Laura Karpineta (Carpineta) da olub və qanunsuz səfərdən sonra argentinalı jurnalistin Telamın internet saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən məqaləsi yerləşdirilib.
Azərbaycan XİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, məsələ ilə bağlı Azərbaycanın Argentinadakı səfirliyi Telam agentliyinin rəhbərliyi ilə əlaqə saxlayıb. Səfirlik tərəfindən jurnalistin Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər etdiyi, bununla Azərbaycanın müvafiq qanunlarını pozduğu və buna görə də Azərbaycanda "arzuolunmaz şəxslərin siyahısı"na daxil ediləcəyi bildirilib, habelə yazının agentliyin rəsmi internet saytında yerləşdirilməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb. Həmçinin Səfirlik tərəfindən Telam agentliyinə Ermənistanın Azərbaycana qarşı işğalı ilə bağlı ətraflı məlumat da təqdim olunub.
Bundan dərhal sonra aidiyyəti məqalə Telam agentliyinin rəsmi səhifəsindən çıxarılıb. Eyni zamanda, agentliyin rəhbərliyi tərəfindən Azərbaycan səfirliyinə rəsmi üzrxahlıq məktubu da göndərilib.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/argentinanin-milli-xeber-agentliyi-azerbaycandan-uzr-isteyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR