Play Store

Nardaran sakini saxlanıldı - Norkotik maddə ilə... / FOTOLAR

Nardaran qəsəbə sakini narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, 42-ci Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında noyabrın 14-də Nardaran qəsəbəsinin Ləhiş bağlar massivində Mərdan Əliyevin yaşadığı həyətyanı sahəyə baxış keçiriblər. Bu zaman oradakı yardımçı otaqdan xüsusi kultivasiya olunmuş, ümumi çəkisi 18 kiloqrama yaxın olan 85 ədəd çətənə kolları, 285 ədəd çətənə toxumu və 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

İş axtaranların nəzərinə! - Vakansiya var - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR