Play Store

Dietik makaron yeməyi - RESEPT

Pəhrizdə olanlar şirniyyat, xəmir xörəklərindən uzaq durmalıdır.

Metbuat.az bu dəfə pəhriz saxlayanlar üçün dietik makaron resepti təqdim edir.

Tərkibi:

1 paket makaron

2 dilim hellim pendiri (Kipr mətbəxinə məxsus)

5 ədəd xırda pomidor

1 şorba qaşığı zeytun yağı

Duz, qara istiot, pul bibər

Hazırlanmasına gəldikdə, makaronu zeytun yağı qatılmış suda 10 dəqiqə qaynadıb süzün. Daha sonra bütün məhsulları doğrayıb makaronun içərisinə əlavə edin.

Qeyd edək ki, pəhrizdə olanlar bu yeməkdən rahatlıqla yeyə bilər. Sağlamlığa faydalıdır, kalorisi azdır, eyni zamanda tox saxlayır.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Toyuq şorbasının hazırlanması - Milli mətbəx


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR