60 saat fasiləsiz konsert verdi - FOTO

60 saat fasiləsiz konsert verdi - FOTO
11:42 7 Aprel 2015
46 Dünya
Ölkə mətbuatı
A- A+

Norveçli xanım musiqiçi 60 saat fasiləsiz konsert verməklə rekorda imza atıb
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, orqan ifaçısı Nina İrslinqer musiqi alətinin klaviaturası arxasında 60 saat keçirməklə dünya rekordu qırıb. O, “Beatles”, “Bee Gees”, “Secret Garden” qruplarının və amerikalı müğənni Prinsin mahnılarını ifa edib.

N.İrslinqer bu konserti 60 yaşını qeyd etmək məqsədi ilə Troitsa kilsəsində keçirib. İki gecə dayanmadan konsert verən qadın cəmi 35 dəqiqə dincəlib. Onun adının “Ginnesin rekordlar kitabı”na salınacağı gözlənilir.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR