Bakı. Cavid Zeynallı – APA. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında məşhur yumorist Lion İzmaylovun yubiley konserti keçiriləcək.
Teatrdan APA-ya verilən məlumata görə, 8 Mart - Beynəlxalq Qadınlar günü və gülüş ustasının 75 illik yubileyi münasibəti ilə təşkil olunan konsert proqramında L. İzmaylovun repertuarından yeni və əvvəllər təqdim olunan populyar monoloqlar nümayiş olunacaq.