Makedoniya Prezidenti Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək

11:43 7 Aprel 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı,7 aprel, AZƏRTAC
Makedoniya Prezidenti George İvanov aprelin sonunda Azərbaycana səfərə gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, George İvanovun səfərinin məqsədi aprelin 27-30-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən forumda 10-dan çox ölkənin hazırkı prezidentlərinin, baş nazir və xarici işlər nazirinin iştirakı planlaşdırılır. Ümumilikdə isə forumda əksəriyyəti sabiq dövlət və hökumət başçıları, siyasi xadimlər, elm adamları və ekspertlər olmaqla 350-yə yaxın nümayəndənin iştirakı nəzərdə tutulur.
III Forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələləri – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra digər qlobal problemləri geniş müzakirə edəcək, onların həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparacaqlar.
Xatırladaq ki, 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Makedoniya_Prezidenti_Bakida_kechirilecek_III_Qlobal_Achiq_Cemiyyetler_Forumunda_istirak_edecek-844146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR