Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 8-dən iyunun 10-dək ABŞ-ın San Antonio şəhərindəki quru qoşunları kollecində “Komanda və qərargah” kursu keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.