Play Store

Şimali Koreya Trampı edama “məhkum etdi”

ABŞ prezidenti Donald Tramp, Şimali Koreyada hakimiyyətdə olan Kommunist Partiyasının “Rodong Sinmun” qəzetində sərt şəkildə tənqid olunub.

Metbuat.az-ın məlumatına görə, məqalədə Trampın Asiya turu çərçivəsində Şimali Koreyaya hörmətsiz yanaşdığı bildirilir. Yazıda bildirilir ki, bu səbəbdən Tramp edama layiqdir: “O, Koreya xalqının ölümə məhkum etdiyi cinayətkar olduğunu bilməlidir”.

Trampın eyni zamanda, Şimali Koreya sərhədinə etməli olduğu səfəri ləğv etməsi qorxaqlıq adlandırılıb.

Qeyd edək ki, qəzet daha əvvəlki yazılarda da Trampı təhqir edən yazılar dərc edib.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR