Pakistanla sərhəd zonasında 8 iranlı sərhədçi öldürülüb

11:47 7 Aprel 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 11:41 ]

Bakı – APA. İran-Pakistan sərhədində silahlı şəxslər 8 iranlı sərhədçini öldürüblər.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, hadisə Sistan və Bəlucistan əyalətində baş verib.

 

Əyalətin qubernatoru Əli Aşqar Mirşəkərinin sözlərinə görə, silahlı şəxslər Nequr rayonunun ərazisinə daxil olublar.

 

İran hökumətinin Pakistan tərəfindən sərhədçiləri öldürməkdə şübhəli bilinən şəxslərin həbsini tələb etdiyi bildirilir.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378672

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR