Türkiyədən qorxan YPG ABŞ ordusu Suriyada qalmalıdır

PKK terror təşkilatının Suriyadakı qolu olan YPG-nin siyasi qanadı Demokratik Birlik Partiyası (PYD) ABŞ-ın bölgədə qalmağını dəstəkləyib.

Metbuat.az-ın məlumatına görə, PYD rəhbərlərindən olan Şahoz Həsən ABŞ-ın torpaqları İŞİD-dən geri aldıqdan sonra da ölkədə fəaliyyət göstərməyə davam etmək təklifini dəstəklədiklərini bildirib. “Reuters” agentliyinə yazılı açıqlama göndərən Həsən deyib: “Suriya böhranında siyasi həll təmin edilmədiyi, Türkiyə və İranın müdaxilələrinin davam etdiyi, Suriya daxilində “Əl-Qaidə”yə bağlı olan silahlıların olduğu müddətcə, koalisiyanın əməliyyatları davam etdirməyinin daha yaxşı olacağını düşünürük”.

Türkiyənin qarşı çıxmağına baxmayaraq, ABŞ, YPG tərəfdarıdır. Pentaqon rəhbəri Cim Mattis bildirib ki, Suriyadakı ABŞ qoşunları, İŞİD-in əlində olan torpaqları geri aldıqdan sonra da ərazidə qala bilər. ABŞ-ın uzunmüddətli hədəfi “İŞİD 2.0” kimi təşkilatın yenidən ortaya çıxmasına maneə törətməkdir”. Mattis eyni zamanda bildirib ki, Birləşmiş Millətlər Təşkilatı nəzdində (BMT) sülh danışıqları davam etməlidir.

Suriya hökuməti isə ötən gün verdiyi bəyənatda ABŞ-ı bəhanələr uydurmaqda günahlandırıb. Şam administrasiyası bildirib ki, ABŞ birinci mərhələdə məqsədinin İŞİD-ə qarşı mübarizə aparmaq olduğunu deyib. Ancaq hökumət, ABŞ-ı indi problemin siyasi həlli üçün qoşunlarını Suriyada saxlamaqda günahlandırıb.

Günay Elşadqızı \ METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR