İranda zəlzələ qurbanlarının sayı artır - Zərərçəkənlər arasında Azərbaycan vətəndaşı var?

Noyabrın 12-də İranın İraqla sərhədində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı bu günə kimi artmaqda davam edir.

Bu haqda Azərbaycanın İrandakı səfirliyindən bildiriblər ki, həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 474, yaralıların sayı isə 9388 nəfərə çatıb.

Xatırladaq ki, zəlzələ güclü olduğundan yeraltı təkanlar hətta Azərbaycan, Küveyt, BƏƏ-də də az bal gücündə hiss olunub.//Trend

Yol polisinə yeni maşınlar verildi - FOTOLAR - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR