Vurğun Əyyub: “Vurğun Əyyubun Müsavat adından seçkilərdə iştirakında Məclis maraqlı olmalıdır”

Vurğun Əyyub: “Vurğun Əyyubun Müsavat adından seçkilərdə iştirakında Məclis maraqlı olmalıdır”
11:52 7 Aprel 2015
59 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 11:45 ]


Bakı. Etibar Məmmədov - APA. “Müsavatçı artıq Müsavat Partiyasının üzvü olanda üzərinə öhdəlik götürüb. Mənim indi kiminsə qarşısında öhdəlik götürmək, kiməsə müraciət etmək niyyətim yoxdur”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Vurğun Əyyub deyib.

 

V. Əyyub bildirib ki, partiya qarşısında öhdəlik götürməyəcəyi təqdirdə, deputatlığa namizədliyinin təsdiq olunmaması Məclisin problemi olacaq: “Məclis maraqlı olmalıdır ki, Vurğun Əyyub Müsavat adından seçkilərdə iştirak etsin. Bunlar məni maraqlandırmır. Heç bir ərizə yazmayacağam. Nə istəyirlərsə, edə bilərlər”.

 

Xatırladaq ki, Müsavat Partiyası Məclisinin aprelin 4-də keçirilən iclasında deputatlığa namizəd olmaq istəyən şəxslərin partiya başqanının adına ərizə yazması, partiya qarşısında öhdəlik götürməsini əks etdirən təlimat qəbul olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378673

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR